“Bu günə kimi Rəsulzadənin adıyla savaş aparan heç bir kəs qalib gəlməyib...”

 
15-08-2019, 18:15            798 dəfə baxılıb
 
Xəbər verdiyimiz kimi Palmali Holdinqin istifadəyə verdiyi “Mammad Amin Rasulzadeh” gəmisi qəzaya uğrayıb. Bildirilir ki, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub.

Məsələyə münasibət bildirən tarix elmləri doktoru Nəsiman Yaqublu Moderator.az-a açıqlamasında baş verənlərdən təəssüf hissi keçirdiyini bildirdi:

“M.Ə.Rəsuzaldənin adına gəminin hazırlanması və suya buraxılması ona böyük bir hörmətdir. Onun adının təbliğatı üçün böyük imkandır və bunu edən hər bir kəsə, o cümlədən Mübariz bəyə biz təşəkkür edirik. Sadəcə olaraq gəminin vurulmasının səbəbin bilmirəm və ona görə də bu haqda danışmaq çətindi. Məsələ ondan ibarətdir ki, gəminin vurulması təbii ki, yaxşı hadisə deyil. Düşünürəm ki, məsələ araşdırmalardan sonra öz həqiqi cavabını tapacaq”. 

N.Yaqublu deyib ki, M.Ə.Rəsulzadə adıyla savaş aparman heç bir kəs qalib gəlməyib:

“Əgər bu düşünülmüş bir həkətdirsə,  təbii ki, M.Ə.Rəsulzadəyə qarşı hörmətsizlikdir. Sovet rejimi yetmiş ildən çox M.Ə.Rəsulzadəyə qarşı buna oxşar və başqa cür təxribatlar yürütdü, amma nəticədə Rəsulzadə  yenə qalib gəldi. Yəni M.Ə.Rəsulzadənin adıyla savaş aparan heç bir kəs qalib gəlməyib. Düşünürəm ki, faktı dəqiqləşdirdikdən sonra daha dəqiq danışmaq mümkündür. M.Ə.Rəsulzadənin adıyla bağlı təbliğat işlərinin aparılması isə hər bir vətəndaşın borcudur və bunu biz ancaq alqışlayırıq”. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930