"Cənab Əliyevə dedim ki, əgər həll axtarışında dramatik bir prosesə başlamaq istəmirsə..."

 
1-09-2019, 18:55            61 dəfə baxılıb
 
“İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya formulunu açıq şəkildə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin tam həllini üçün bölgədə təhlükəsizlik yaratmaq niyyətindəyik. Birincisi, ilk növbədə, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqı üçün məqbul bir formul ortaya qoymalıyıq”.

Bunu İranın “Etimad” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Qəzetin əməkdaşı Sara Məsuminin suallarına cavab verən Paşinyan müsahibəsinin davamında bildirib: 

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ikinci prinsip ondan ibarətdir ki, münaqişə dinc vasitələrlə və dialoq yolu ilə həll olunmalıdır. Mən ilk Ermənistan rəhbəriyəm ki, Dağlıq Qarabağ münaqişəsini müsbət yanaşma, üç ölkənin (Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ) 100%-lik iştirakı və hər üçünün də müsbət cavab verməsi şərtilə həllini təklif etmişəm. Vurğulamalı olduğum digər bir məqam budur ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həllində müəyyən rasionallıq və məntiq olmalıdır. Hər kəs həqiqətən bu vəziyyətdə mübahisəni həll etmək istəyirsə, əvvəllər qeyd etdiyim iki prinsipi nəzərə almalıdır. Bugünkü dünyada təqdim olunan həll yolu və ya bu həll prinsipləri tərəflərdən biri üçün qəbuledilməz və ya məqbul olmadığı təqdirdə, heç bir mübahisə istənilən səviyyədə həll edilə bilməz”.

Daha sonra Nikol Paşinyan bildirib: 

“Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin vahid formulla həlli ilə bağlı təkliflərimi bölüşdüm. Cənab Əliyevlə söhbətlərimdə ona dedim ki, əgər Azərbaycan həqiqətən məsələlərin həllinə çalışırsa və həll axtarışında dramatik bir prosesə başlamaq istəmirsə, Ermənistanda bu düsturun mətninə baxa bilər.

Təəssüf ki, Azərbaycan Respublikası mediada Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi formulla razılaşıb-razılaşmadığı və bu məsələ ilə bağlı ciddi danışıqlara başlamağa hazır olub-olmadığı barədə açıq fikir bildirməyib. Hər dəfə qarşı tərəf danışıqlar aparmağa hazır olduğunu bildirdikdə, münaqişənin həllində azca uğur əldə etdiyimizi iddia edə bilərik”.

“Etimad” qəzetinə müsahibəsində Ermənistan baş naziri Türkiyə ilə münasibətlərə də toxunub: 

“Artıq bəyan edirəm ki, Ermənistan hökuməti Türkiyə hökuməti ilə diplomatik münasibətlər qurmağa hazırdır. Ancaq ön şərt olmadan. Məsələ burasındadır ki, qonşu dövlət, Türkiyə Ermənistanla münasibətlərində Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən asılıdır. Ermənistanın ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu elan etdiyimizdə, bu, rəsmi Yerevanın eməni soyqırımına dair məsuliyyətin Türkiyəyə qəbul etdirmək hüququndan imtina etməsi deyil, əksinə, bu, onların erməni xalqına qarşı soyqırımı həyata keçirməsinin tanınması deməkdir. Beynəlxalq səviyyədə bu hadisəni dünyaya göstərməliyik və beynəlxalq birlik bunun təkrarlanmaması üçün əlindən gələni etməlidir. Erməni soyqırımı məsələsi Türkiyə ilə Ermənistan arasındakı fikir ayrılığı səviyyəsinə endirilməməlidir, bu həm də beynəlxalq təhlükəsizlik məsələsidir”. (Strateq.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30