Təxribatçı alman deputatı ilə bağlı Almaniya səfirliyinə müraciət edilidi

 
4-09-2019, 13:54            43 dəfə baxılıb
 
Qarabağ Azadlıq Təşkilatı (QAT) və Almaniyada fəaliyyət göstərən “Alumniportal Aserbaidschan” portalı Avropa parlamentinin Almaniyadan olan deputatı Martin Sonnebornun Dağlıq Qarabağa qanunsuz səfəri, Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməsi, qərəzli antiazərbaycan təbliğatı ilə bağlı Almaniyanın Azərbaycandakı səfiri Manig Wolfganga müraciət ünvanlayıb. Azərbaycan və alman dillərində hazırlanmış müraciət səfirin elektron ünvanına, həmçinin poçtla göndərib. Müraciətdə Almaniya hökuməti, həmçinin xarici işlər nazirliyindən təxribatçı deputatın antibəşəri hərəkətlərinin qarşısının alınması tələb olunur: 

Müraciət edən qurumlar:
„Alumniportal Aserbidschan“
Websəhifə: http://www.alumniportal-aserbaidschan.de 
E-Mail: info@alumnioprtal.aserbaidschan.de 

“Qarabağ Azadlıq Təşkilatı“
Binəqədi Rayonu, 6. Mikrorayon,
Svetlana Məmmədova küç. 209, 1053 Bakı         
----------------------------------------------------------------------------------------------------
Müraciət ünvanlanır: 
Dr. Wolfgang Manig
Almaniya Federativ Respublikasının 
Azərbaycan Respublikasındakı səfirliyi
Nizami küç. 69, 1005 Bakı şəhəri                        Tarix: 04.09.2019

Mövzu: Martin Sonnebornun Dağlıq Qarabağa qanunsuz səfəri

Hörmətli cənab səfir, 
„Qarabağ Azadlıq Təşkilatı” və Almaniyada fəaliyyət göstərən “Alumniportal Aserbaidschan” səhifəsi adından bu müraciəti Almaniya Federativ Respublikasının Azərbaycan Republikasındakı Səfirliyinə və şəxsən Sizə ünvanlayırıq. 
Müraciətimizin əsas səbəbi Almaniya vətəndaşı, „Die Partei“ partiyasının sədri, eləcə də Avropa Parlamentinin deputatı olan Martin Sonnebornun Azərbaycanın Respublikasının Ermənistan tərəfindən işğal altında yerləşən Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri və orada yaradılan erməni separatçı rejiminin tanıdılması yönündə apardığı fəal təbliğat kampaniyasıdır. 2019-cu il avqust ayının sonlarında cənab Sonneborn son bir ildə Azərbaycan tərəfinin icazəsi və razılığı olmadan işğal altında olan ərazilərinə özünün də qeyd etdiyi kimi “diplomatik səfər” etmiş və Xankəndində təxribatçı çıxışlar etməsi ilə gündəmə gəlmişdir. Öz səfər təəssüratlarını ayrıca və geniş formada qələmə almış və bunları sosial şəbəkələrdə paylaşmışdır. Cənab Sonneborn bu hərəkəti ilə heç bir əsas və səbəb olmadan erməni tərəfinin dəstəyi ilə Azərbaycan və Azərbaycanlılara qarşı təbliğat kampaniyasına başlamışdır. Azərbaycan Respublikasının suverenliyinə və dövlət müstəqilliyinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən bu şəxs bununla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni, beynəlxalq aparıcı təşkilatların (Avropa İttifaqi, NATO, ATƏT və s.), eləcə də Almaniya Bundestaqının Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqda qəbul etdiyi qərarları tanımadığını da bir növ isbatlamış oldu. Bundan başqa Martin Sonneborn bu qanunsuz aksiyaları ilə erməni separatçılarının Berlin və Brüsseldə sözcüsü rolunu öz üzərinə götürmüşdür. 
Biz artıq sözü gedən məsələ ilə əlaqədar cənab Sonnebornun özünə müraciət edib onun diqqətini Almaniya Xarici İşlər Nazirliyinin səhifəsində alman vətəndaşlarının işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməməsi ilə bağlı xəbərdarliğa yönəltmişik. Lakin hələki hər hansı bir cavab ala bilməmişik. Bizlər üçün bu əsnada bəzi suallar ortaya çıxır: Necə ola bilər ki, yay, xüsusən də istirahət dönəmində əslən Almaniyadan olan Avropa Parlamentinin bir üzvü Dağlıq Qarabağa səfər edir, orada qondarma rejimin nümayəndələri ilə görüşür, Azərbaycana qarşı çağırışlar edir və təbliğat sahəsində apardığı işlərə görə pul və hədiyyələr alır? Hansı qruplar bu tip səfərlərin arxasında dayanır? Biz bu məsələlərlə geniş məşğul olacağıq.
Yazaraq Sizdən bizim bu müraciətimizi Almaniya Xarici İşlər Nazirliyinin müvafiq strukturlarına çatdırmağınizi xahiş edirik. Eyni zamanda Almaniya hökumətindən Martin Sonneborn barəsində ciddi tədbirlər görülməsi, onun bir daha Dağlıq Qarabağa qanunsuz və icazəsiz səfərlər etməməsi və Azərbaycan dövləti əleyhinə apardığı provokasiya xarakterli fəaliyyətindən əl çəkməsini tələb edirik.  
Sizden xahiş edirik bizim müraciətimizi tez bir zamanda cavablandirasınız. Cavabi yazılı formada ya Qarabağ Azadlıq Təşkilatının ünvanina, ya da Alumniportal Aserbaidschan səhifəsinin yuxarida göstərilən elektron poct ünvanına göndərə bilərsiniz. 
Diqqətinizə görə sizə öncədən minnətdarıq. 
Hörmətlə,
Alumniportal Aserbaidschan səhifəsinin həmtəsisçiləri: Samir Həsənov, Asif Məsimov.
Qarabağ Azadlıq Təşkilatının üzvləri: Akif Nağı, Barat İmani, Ceyhun Tağıyev.
Von
„Alumniportal Aserbaidschan“
Webseite: http://www.alumniportal-aserbaidschan.de 
E-Mail: info@alumnioprtal.aserbaidschan.de 

„Organisation der Karabach-Aserbaidschaner“
Binagadi Rayon, 6. Mikrorayon, 
Svetlana Mammadova Str. 209, 1053 Baku
----------------------------------------------------------------------------------------------------

An
Herrn Dr. Wolfgang Manig
Botschaft der Bundesrepublik Deutschland
in Aserbaidschan
Nizami Str. 69, 1005 Baku         Datum: 04.09.2019


Betreff: Illegale Reise von Herrn Martin Sonneborn nach Bergkarabach


Sehr geehrter Herr Dr. Manig,

Mit diesem Schreiben wenden sich die Mitglieder der Organisation der Karabach-Aserbaidschaner im Namen der Onlineplattform „Alumniportal Aserbaidschan“ an die deutsche Botschaft der Bundesrepublik Deutschland in Aserbaidschan und an Sie persönlich. 
Unser Anliegen bezieht sich auf die illegale Reise des deutschen Europapolitikers und Vorsitzenden der „Die Partei“ Herrn Martin Sonneborn in die von Armenien besetzte Bergkarabach-Region von Aserbaidschan, seine provokativen Auftritte und die Propagandaaktivitäten für die separatistische „Bergkarabach Republik“. Ende August 2019 befand sich Herr Sonneborn für einige Tage auf „diplomatischer Mission“ (wie er selber angibt) auf völkerrechtswidrig von Armenien annektierten aserbaidschanischen Territorien. Das war seine zweite unerlaubte Reise innerhalb eines Jahres. Als wäre das Ganze nicht Grund genug, macht er vor provokativen Auftritten nicht halt, wirbt aktiv um die Anerkennung des separatistischen Gebildes und verspricht, Jahr für Jahr immer mehr Besucher nach Bergkarabach mitzubringen. Seine „Erlebnisse“ hält Herr Sonneborn in einem großzügig verfassten Reisebericht fest (hier zu lesen: http://www.titanic-magazin.de/heft/2018/oktober/behrend-hintner-sonneborn-bericht-aus-bergkarabach/) bzw. postet diese auf sozialen Netzwerken und geht bewusst und ohne jeglichen Grund auf direkten Konfrontationskurs mit Aserbaidschan und Aserbaidschanern. Herr Sonneborn missbraucht gröblichst seine diplomatischen Pflichten und Rechte, ignoriert die UN-Resolutionen und sonstige Bestimmungen führender internationaler Organisationen (EU, NATO, OSZE etc.) sowie die offizielle Position des Deutschen Bundestages über die Zugehörigkeit Bergkarabachs zu Aserbaidschan, zeigt dreiste Respektlosigkeit gegenüber der Souveränität unseres Landes und macht sich zum Sprachrohr der Separatisten in Brüssel und Berlin. 
Ein ähnliches Schreiben haben wir bereits an Herrn Sonneborn selbst verschickt, in dem er auch auf die Reisehinweise des Auswärtigen Amtes verwiesen wurde. Doch erwartungsgemäß hat er keine Stellung bezogen. Da kommen Fragen auf: Wie kann es sein, dass ein deutscher EU-Abgeordneter, dessen Lohn durch europäische und deutsche Steuergelder finanziert wird, während der Urlaubssaison eine teure Reise nach Bergkarabach vornimmt, sich mit dortigen „Offiziellen“ trifft, die Kontaktlinie besucht und für seine „Verdienste“ mit üppigen Geschenken und eventuell sogar mit Geldern belohnt wird? Wer bzw. welche Gruppen stehen hinter dieser Reise? Wir werden diesen Fragen auf den Grund gehen. 
Wir bitten Sie, unser Anliegen an die zuständigen Instanzen des Auswärtigen Amtes in Berlin weiterzuleiten und diese diesbezüglich dieser Problematik ins Kenntnis zu setzen. Wir verlangen, dass die Bundesregierung entsprechende und wirksame Maßnahmen in Bezug auf gesetzwidrige Aktivitäten ihres Staatsbürgers ergreift. Herr Sonneborn soll dazu aufgefordert werden, von weiteren provokativen Aktionen abzusehen und seine illegalen Reisen nach Bergkarabach sofort zu beenden. 
Wir bitten um eine Rückmeldung entweder in schriftlicher Form an die Adresse der Organisation der Karabach-Aserbaidschaner oder elektronisch an die oben angegebene E-Mail-Adresse des Alumniportals Aserbaidschan. 
Im Voraus bedanken wir uns für ihre Aufmerksamkeit!  
Mit freundlichen Grüßen
Mitbegründer der Plattform „Alumniportal Aserbaidschan“: Samir Hasanov, Asif Masimov.
Mitglieder der Organisation der Karabach-Aserbaidschaner: Akif Naghi, Barat İmani, Jeyhun Taghiyev.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30