Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

 
30-09-2019, 10:32            92 dəfə baxılıb
 
Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılacaq.

Siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək.

Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib. 

Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıya alınması hər 10 ildən bir həyata keçirilir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031