Novruz Məmmədov istefaya gedir: yerinə o təyin edilir - Təcili

 
8-10-2019, 10:01            54 dəfə baxılıb
 
Oktyabrın 8-də Milli Məclis payız sessiyasının növbəti iclasını keçirəcək.
Axar.az xəbər verir ki, iclasın gündəliyi daha sonra elan edilib. Belə ki, iclasda “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 3-ci oxunuşda, “Yerin təki haqqında“, “Qaz təchizatı haqqında” və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Əvvəlcədən isə iclasın oktyabrın 18-də keçiriləcəyi bildirilmişdi.
Qeyd edək ki, iclasın 10 gün əvvələ çəkilməsi, üstəlik, gündəliyinin daha sonra elan edilməsi müəyyən müzakirələrə yol açıb. İddialara görə, bu gün Milli Məclis çox mühüm qərarlar qəbul edəcək.
***
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ də daxil edilib.
Beləliklə, Baş nazir Novruz Məmmədovun istefa verəcəyi haqqında ötən gün yayılan məlumat təsdiqlənir.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031