Ərdoğan Bakıda Rəsulzadənin məşhur sözünü xatırlatdı

 
15-10-2019, 09:32            106 dəfə baxılıb
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib.

Türkiyə Prezidenti Bakıda keçirilən Dünya Türk İş Şurasının iclasında çıxışı zamanı bildirib ki, türk dünyası terror təhdidlərinə daha çox məruz qalıb: “Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan “əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”.

Onun sözlərinə görə, Suriyanın şimalını PKK-nın qolu olan PYD/YPG və İŞİD terror təşkilatlarından təmizləmək və öz həqiqi sahiblərinə qaytarmaq başlıca vəzifədir: “Atdığımız addımdan vaz keçməyəcəyik, nə deyirsiniz deyin. Yeganə məqsədimiz bölgəni PYD/YPG və İŞİD-dən təmizləməkdir”.

Ərdoğan Tel Abyadda YPG terror təşkilatının İŞİD-çiləri azad etdiyi həbsxanadan terrorçubaşı Abdullah Öcalanın fotosunun tapıldığını da bildirib.

Türkiyə Prezidenti baş verənlərlə bağlı Ərəb Dövlətləri Liqasını tənqid edib: “Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan çıxartmışdı. İndi isə məlum hərbi əməliyyatlar başlayandan sonra Suriyanı yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istəyirlər”.

Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında hərbi əməliyyatları davam etdirdiyini xatırladan Ərdoğan deyib ki, Avropa İttifaqı verdiyi vədlərə əməl etməyib:

“Suriyalı qaçqınlara görə, Avropa İttifaqı 6 milyard məbləğində dəstək verməli idi. İndiyə kimi cəmi 3 milyard avro miqdarında vəsait verilib. Lakin biz 40 milyard dollar məbləğində vəsait xərcləmişik. Lazım gəlsə, yenə xərcləyəcəyik. Bu günə kimi verdikləri sözlərin heç birini yerinə yetirmədilər. Türkiyə səbrinin sonuna gəlib. Fədakarlığımızın qiymətini bilmədilər. Biz başladığımız işi mütləq bitirəcəyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” (Eurasia Diary).
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829