Qəriblikdə ucalanlarımız - 60 ilin ömür yolları - TƏBRİK EDİRİK

 
23-08-2018, 13:05            1 174 dəfə baxılıb

 
Ramiz Əlicavad oğlu QasımovRusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, texnika elmləri doktoru, professor, Rusiya Təbiyyat Elmləri Akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin, N.K.Baybekov adına laureatların dəfələrlə mükafatçısıA.Nobel adına mükafatların laureatı, Qaz sənayesinin fəxri işçisi, Rusiya Sosial və İqtisadi İnkişaf Problemləri üzrə Ali Koordinasiya Şurasının üzvü, Qazprom Standartlaşma Texniki Komitəsinin, Beynəlxalq Qaz İttifaqının, Rusiya İqtisadi Onlayn Cəmiyyətinin “Baş Eksperti”dir. O, 550-dan çox elmi əsərin, 150-dən çox  ixtiranın və 20-dən çox elmi kitabların müəllifidir.
Ramiz  Qasımov 23 avqust 1958-ci ildə Sabirabad rayonununQarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib və M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub,1981-ci ildə bu institutun “Neft, qaz və mədən” fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını fərqlənmə diplomu ilə bitirib  və “Dağ mühəndisi” dərəcəsini alıb.
İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq vəzifəsindən "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə o sahə və akademik institutlarla, həmçinin buruq quyularının qazma və təmiri üçün yeni texnologiyalar və texniki vasitələri hazırlayanlarla sıx əlaqə saxlayıb, bilavasitə onların sınağını aparırdı, onların tətbiq edilməsində lazımi düzəlişlər edirdi. 10 ilə o, 57 səmərələşdirmə təklifi təqdim edib və onları həyata keçirdib. Bunlarda qazma rejimlərinin təkmilləşdirilməsinə, quyuların qazma və bərkitməsi üçün işlədilən yuyucu və tamponaj məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına, quyuların sınama üsullarının mükəmməlləşdirilməsinə imkan yaradıb. Həm də bu səmərələşdirmə təklifləri Türkmənistanda quyuların qazma, istifadə edilmə və təmiri sahəsində daha mükəmməl olan texniki və texnoloji nəticələrin həyata keçiriməsi üzrə işlərin təşkili metodlarının yaxşılaşdırılmasına səbəb olurdu. Bu da Türkmənistanın ən iri olan Şatlık, Sovetabad, Açak, Malay, Kirpiçli və başqa yataqlarında yeni quyuların işə salınmasına yol verirdi.
1987-ci ildə R.Ə.Qasımov Ümumittifaq gənclər üzrə elmi-texniki yaradıcılıq cəmiyyətinin müsabiqəsinin laureatı (SSRİ Elm və texnika üzrə Dövlət komitəsinin diplomu), həmçinin  Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin gənclər arasında müsabiqəsinin laureatı  (SSRİ ÜİGC MŞ-nın diplomu) oldu. 1988-ci ildə isə  Türkmənistan Respublikasının İxtiraçılar Şurasının fəxri fərmanını ilə təltif edilib.
  Ağır əmək fəaliyyəti ilə bərabər təcrübəni nəzəriyyə ilə vəhdətdə görən fədai rahatlığı yuxusuz gecələrlə əvəz edib. Elmə olan bağlantı və sevgisi ona   1994-cü il ildə texnika elmləri namizədi və 1999-cu ildə isə texnika elmləri doktoru elmi dərəcəsinin diplomunu qazandırıb.
Eyni zamanda 1999-cu ildə yeni bir uğura imza atıb, o, Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilib.
 
İstedadlı təşkilatçı, təcrübəli lider Ramiz Qasımov artıq 1996-cı ildən  rəhbərlik etdiyi "Quyuların əsaslı təmiri" şöbəsinin müdiri, həmçinin "Quyuların əsaslı təmiri" elmi işi üzrə baş direktorun müavini vəzifəsini icra edib.
"Quyuların əsaslı təmiri" və Yeraltı qaz anbarı (YQA) sahəsində R.Ə.Qasımov bu istiqamət üzrə başçılıq etdiyi qazma və istismar prosesinin təkmilləşdirilməsi üçün Urenqoy, Vinqapur, Komsomol, Bovanenqkovo və başqa qaz və qazkondensat yataqlarında və Şimali Stavropol, Stepenovsk, Putinsk və başqa YQA-da böyük həcmdə iş aparıb. Səmərəli fəaliyyəti, elm və texnikanın vəhdətindəki nailiyyətlərinə görə o, 2001-ci ildə Rusiya Federasiyası Qaz Sənayesinin elm və texnika üzrə mükafatının laureatı oldu. "Qazprom" ASC İdarə Heyətinin 40 saylı qərarına əsasən, 28 avqust 2001-ci il tarixdə "Quyuların məhsuldarlığının yüksəlişinə yönəlmiş kompleks texnologiyalar" işinə görə R.Ə.Qasımov "Qazprom" ASC-nin laureatı adına layiq görülüb. 2002-ci ildə R.Ə.Qasımov bütün elmi və layihə sahələri üzrə baş direktorun birinci müavini olur, ondan əlavə iqtisadi və maliyyə xarakterli bütün məsələləri həll edib. Həmin ildə o "Qaz sənayesinin fəxri işçisi" adına layiq görülüb (diplomunu alıb). Elmə gətirdiyi tərəqqi və  nailiyyətlər bir-birini əvəz edib. 2003 -cü il Rusiya Federasiyası Dağ Elmləri Akademiyasının həqiqi üzvü (akademiki)seçilib. Həmin ildə o, Şimali Qafqaz Dövlət Texniki Universitetinin "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, 2004-cü ildə isə "Qazma texnologiyası və quyu istismarı" ixtisası üzrə professor elmi dərəcəsinə layiq görülübdür.
R.Ə.Qasımovun fəaliyyətindəki  illərin təcrübəsi, dərin biliyi və enerjisi sayəsində institut "Qazprom" ASC  quyuların əsaslı təmiri və qazması üzrə qabaqcıl təşkilat oldu. 2005-ci ildə R.Ə.Qasımov baş direktor vəzifəsinə, həmçinin "ŞimQafETLİ" ASC-nin direktorlar şurasının sədri və üzvü seçildi.
Elmiliyi, bacarıq və qabiliyyəti Qasımovu "Qazprom" ASC sistemində hörmət və nüfuz sahibi edib. İstehsalat, ictimai təşkilat və idarəetmə strykturlarındakı iş təcrübəsi ona imkan verib ki, cari iqtisadi şəraitdə istənilən çətin məsələlərin həllində kollektiv üzvlərinin maraqları ilə birləşərək "ŞimQafETLİ" ASC-nin qarşısında duran əsas məsələləri uğurla həyata keçirsin.
    Yüksək istedadın və ləyaqətin sahibi  olan akademik  2005-ci ildə "Rusiya Federasiyasının ən yaxşı insanları" diplom və medalına layiq görülüb.
2006-cı ildə isə o, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (diplom BİA), Rusiya İqtisadiyyatı Cəmiyyətinin "aparıcı ekspert"i seçilib.
   Dəfələrlə "Qazprom" ASC-nin rəhbərliyi və Stavropol diyarının qubernatorunun fəxri fərmanları, digər təltifləri ilə mükafatlandırılıb. Uzun illər Yanacaq və Energetika kompleksi sistemindəki məhsuldar işi və "Neft-qaz sənayesinin inkişafına" gətirdiyi böyük səmərəyə görə 2006-cı ildə R.Ə.Qasımov RF-nin Sənaye və Energetika Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
R.Ə.Qasımov Kuban Texniki Universitetinin (KTU) "Sənaye maşın və avadanlıqları" kafedrasının professorudur. O, tələbələrin hazırlığı üçün çoxsaylı metodiki təlimatlar işləyib hazırlamışdır. R.Ə.Qasımov Şimali Qafqaz Dövlət Texniki Universiteti nəzdində aspirantura və doktoranturaya, o cümlədən,  50-dən çox alimin namizədlik və doktorluq dissertasiyasına rəbərlik etmişdir.
Ramiz Əlicavad oğlu Rusiya və xarici ölkələrin elmi jurnallarında dərc olunmuş 550-dən çox elmi əsərin - nəşr işinin, o cümlədən 150-dən çox  ixtira və patentlərin müəllifidir.
 
 Elm sərhədlər tanımadığı kimi, alim də özünün nailiyyət və çıxışları ilə dəfələrlə Böyük Britaniyada (Aberdin, Şotlandiya), Hollandiyada (Haaqa, Rotterdam, Amsterdam) və Rusiyada (Moskva, Krasnodar, Kislovodsk) keçirilən beynəlxalq konfrans və konqreslərdə iştirak edib.
Alimin əvəzolunmaz xidmətləri, elmə verdiyi töhfə qiymətsiz qalmamışdır.
Beynəlxalq Yanacaq və Energetika Assosiasiyasının qərarına əsasən 2006, 2008, 2009, 2011, 20012, 2013 və 2016-cı illərdə  R.Ə.Qasımov "Enerji və cəmiyyətin inkişafı üzrə problemlərin həllindəki böyük xidmətlərinə görə",  N.K.Baybakov adına mükafatın laureatı adını qazanıb, təltif olunub.
Akademik Ramiz Qasımovun tükənməz fəaliyyəti, ideal insani keyfiyyətləri, ədalətli rəhbərçiliyi onu  "Rusiya Federasiyası qaz sənayesinin 100 ən yaxşı rəhbər işçisi" Ümumrusiya müsabiqəsinin qalibi (1-ci dərəcəli diplom) edib, "Rusiya Federasiyasının ən yaxşı rəhbər işçisi" fəxri adını (fəxri nişan) qazanıb və "Rusiya Federasiyasının iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə" ordeni ilə təltif olunub. 2007-ci il "Əməkdar elm və təhsil xadimi" fəxri adına, "Elm üzrə ən yaxşı rəhbər işçi" Rusiya mükafatının laureatı fəxri diplomuna, 2008-ci ildə isə Beynəlxalq Keyfiyyət və Marketing Akademiyasının fəxri akademiki adına (döş nişanı), dövlət təhsilinin inkişafındakı xidmətlərinə görə "Rusiya Federasiyasının Qızıl kafedrası" diplomuna, V.İ.Vernadski adına medala layiq görülüb. Alimin elmi  yaradıcılığı, əsl rəhbərçilik fəaliyyəti  müxtəlif dövlət mətbuatlarında, nəşriyyatlarında dəfələrlə işıqlanıb və 2008-ci ildə "Rusiya Federasiyasının Görkəmli alimləri" ensiklopediyasına salınıb.
Çoxlu sayda səmərələşdirici təklif və ixtiraların sahibi olan alim2008-ci ildə ixtiraçılıq inkişafındakı xidmətlərinə görə Alfred Nobel adına medal alıb, RF-nin Təbiibiliklər Akademiyasının həqiqi üzvü (akademiki), Avropa Təbiibiliklər Akademiyasının həqiqi üzvü (akademiki), RF-nin Texnologiya Akademiyasının akademiki, RF İxtiraçılar cəmiyyətinin diplomu, XI Moskva Beynəlxalq Sənaye Sərgisinin "Arximed -2008" müsabiqəsinin qalibi olub.
       Əməyindəki elmi yeniliklərinə, kollektivdə qazandığı nüfuz və hörmətinə görə 2008-ci ildə yenidən "ŞimQafETLİ" ASC-nin baş direktoru vəzifəsinə, eyni zamanda direktorlar şurasının sədri və üzvü seçilib və təsdiqlənib. Yorulmaz bir enerji ilə çalışan alim 2009- cu ildə XII Beynəlxalq Sənaye Sərgisinin Qızıl medalı və diplomu, 2013-cü ildə "RF Qaz sənayesinin elm və texnika üzrə mükafatının laureatı,"Energetika və cəmiyyətin inkişafı üzrə problemlərin həllindəki böyük xidmətlərinə görə" mükafatın laureatı olub və RF "Qazprom" ASC-nin fəxri fərmanı ilə təltif olunub.
Qəbul otağında səmimi söhbətimiz baş tutdu. Keçdyi yollarda olan illəri xatırladı. Şirin və mehriban danışığı qəlbimin duyğuları ilə cilalandı. Çox mövzulara əl atdıq. Yorulmadıq. Rəngarəng olan söhbətlər nəhayət, axarına düşdü.
  -  Ramiz müəllim, nədən, o zaman, orta məktəbi əla qiymətlərlə qurtarmış olduğunuz halda,  Neft Akademiyasını seçdiniz?
  - O zaman qəbul üçün bu instituta az adam ərizə verirdi. Sadəcə növbəsiz olduğuna qərarlaşdım ki, sənədlərimi bura verim.
  -   Türkmənistan həyatını necə xatırlayırsiz?
  - Çox gözəl! Ora mənim gəncliyimin ən parlaq səhifəsidir. Orada qazandığım təcrübə, dözümlülük, mənə bir gənc kimi olan qayğılar unudulan deyil. Demək olar ki, bütün həyat sınaqlarını  yaşadım, keçdim və öyrəndim. İlk böyük nailiyyətlərimi də orada qazandım.
   - 26 ildir, demək olar ki, fəaliyyətinizin böyük dünyasını Stavropol şəhərində və diyarında yaşayırsız, darıxdırıcı və yorucu nəyəsə sahib deyilsiz?
    - Mən ki, Qafqazdayam, Qafqazın qapısıdayam. İnsan bir yerə öyrənəndə ora da onun üçün doğmalaşır. İş vaxtım səmərəli keçir. İstirahət günləri bəzən darıxanda gecələr xəyalən Vətənin seyrinə çıxıram. Doğrusu, bu da mənə sakitlik gətirir.  
    -  Bu gün Siz, böyük bir elmi müəssisənin rəhbərisiz. İşinizdə problem və çətinliklər, təzadlar varmı?
       -  İş varsa, demək onun çətinliyi də olmalıdir. İqtisadiyyatda qaz və neft sahəsi məsuliyyət , dəqiqlik sevən bir sahədir. Burada elmlə təcrübə həmahəngdir. Qazandığımız nailiyyətlər asan əldə edilmir. Kollektivimdə bir nəfərin yanlışlığı böyük nöqsanlara  yol aça bilər. Odur ki, daim nəzarət, diqqət və qayğı, işçilərlə təmasda olmaq  uğurumuzun çırağıdır .    
     Sizin bir həmvətən, bir elm adamı olaraq AMEA –ya, onun kollektivinə, rəhbərliyinə fikiriniz, arzunuz, təklifiniz varmı?
      Əlbəttə, mən də bir azərbaycanlı olaraq istərdim ki, Azərbaycan elmi və təhsili dünya səviyyəsinə yüksəlsin. Təəssüflər olsun ki, hələ buna nail ola bilməmişik. Biz olan qaranlıqlara aydınlıqlar gətirməsək işığa gec catacağıq. Akademiyanın nə qədər alimi də olsa, beynəlxalq əlaqələrə kölgə salan amillər mövcuddur. Son illər AMEA-da bir çox yeniliklərə imza atılmışdır. Amma nədən akademik seçkilər ərəfəsində xaricdə yaşayan alimlərimiz bu seçkilərdə iştirak etmir. Xaricdə nüfuz qazanmış kifayət qədər elm adamlarımız yaşayir, fəaliyyət göstərir. Nədən onların elmi potensiyalından, gücündən istifadə edilməsin? Təklif edərdim ki, növbəti seçkilər ərəfəsində dünyada yaşayan azərbaycanlı  alimlərin 30%-i bu seçkilərdə,iştirak etsin, yer alsın. O zaman Azərbaycan elmi  öz xaricli əlaqələrini quracaq, böyük dönüşün və irəliləyişin sahibi və şahidi  olacaqdır!
      Avqust  ayı Sizin 60  yaşa  çatmağınızdan xəbər verir. Xoş gəlmisiz 60 yaşa, təbrik edirik! Dünən, bu gün və sabah haqqında fikiriniz necədir?
      Dünənə və bu günə baxıb, sabahı daha dərindən düşünməliyik,   sabahın axtarışında olanlar səhər  günəşinə bənzər, deyirlər.
     60 yaşı qocalıq sayırsızmı?
     Xeyr! Qocalıq axtarış və hərəkətin dayandığı gündən başlayır.
     Müsahibə üçün təşəkkürlər və Sizə, sərhəddi olmayan elmin  yollarında uğurlar diləyirik!    



Sərvan Kərimov                                                        
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930