Azərbaycanlı gənc Pozneri belə susdurdu - VIDEO

 
28-10-2019, 09:52            39 dəfə baxılıb
 
ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.
Xanım Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib.
Arzu bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır.
“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır ".
A. Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb.
"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".
Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir" dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930