İsa Həbibbəyli seçicilərlə görüşlərini davam etdirir - Fotolar

 
28-01-2020, 17:38            692 dəfə baxılıb
 

Naxçıvan Muxtar Respublikasının 2 saylı Şərur rayon seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə bir sıra görüşlər keçirir.


Akademik İsa Həbibbəyli bir neçə gündür ki, rayonun bir sıra kəndlərində sakinlərlə müxtəlif məkanlarda görüşlər keçirir. Akademik İsa Həbibbəyli Şərur rayonunun Xanlıqlar, Aşağı Daşarx, Aralıq, Siyaqut, Kosacan, Çərçiboğan, Arbatan, Çomandur, Çəmənli, Qarahəsənli, Qarxun, Xətai, Yeni Havuş, Dizə kəndlərinin gəncləri, ictimaiyyət nümayəndələri və sakinləri ilə görüşüb.

Azərbaycan  Prezidenti İlham Əliyevin ölkəmizin bütün bölgələrinə olduğu kimi Naxçıvan Muxtar Respublikasına da daim diqqət və qayğısını xüsusi olaraq diqqətə çatdıran deputatlığa namizəd akademik İsa Həbibbəyli seçicilərlə keçirilən görüşlərdə Naxçıvan regionunun sosial-iqtisadi inkişafı, yeni quruculuq problemlərindən danışıb, seçiciləri maraqlandıran suallara ətraflı cavablar verib. Görüşlərdə kənd sakinləri və deputatlığa namizəd tərəfindən bir sıra təkliflər səsləndirilib.

Şərur rayonunun seçiciləri həmişə olduğu kimi 9 fevralda keçiriləcək parlament seçkilərində də ölkə Prezidenti İlham Əliyevin partiyasının möhtəşəm qələbə qazanacağına əminliklərini bildiriblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə böyük inamla getdiyini, bu seçkilərdə qalib gələcəyini xüsusi vurğulayıblar. Onlar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” platformasına, YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

2 saylı Şərur rayon seçki dairəsindən deputatlığa namizəd akademik İsa Həbibbəylinin seçicilərlə görüşləri rayon sakinlərinin yüksək fəallığı şəraitində keçirilir.

 







шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829