“Sarıbaş” - “Qalereya-1969”da açılan növbəti sərgi belə adlanır

 
27-09-2018, 18:14            575 dəfə baxılıb
 
Sentyabrın 27-də “Qalereya-1969”da “Sarıbaş” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Bildirib ki, sərgidə Qax rayonunun qədim tarixi və özünəməxsus ənənələri olan Sarıbaş kəndinə ezam olunan rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş olunur.
Q.Qasımov söyləyib ki, sərginin təşkilində məqsəd kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etməkdir.
Sərginin ekspozisiyasında yer alan əsərlərin özəlliyi haqqında məlumat verən natiq deyib ki, sərgidə nümayiş edilən 40-dək rəsm əsəri rəssamların yaradıcılığının mükəmməlliyindən xəbər verir.
“Sərgilənən əsərlər sənətkarlıq xüsusiyyətləri ilə səciyyələnir. Üç gün davam edən sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq”, - deyə Q.Qasımov söyləyib.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930