Necə varsan, elə görün! (oğluma nəsihət)

 
6-12-2018, 12:41            445 dəfə baxılıb
 
Qələm və söz Allahın əlamətlərindəndir. Hər varlığın öz məqamı olduğu kimi, sözün də öz məqamı var.
İnsan Allaha, xalqa, vətənə olan bağlılığı ilə dərin və məğrur olur.
Allahın bəşəriyyətə göndərdiyi son din olan İslamda sağlam məntiqə, elmə zidd heç bir şey yoxdur.
Azərbaycan bütün dünyada İslamı ilk qəbul edən ölkələrdən biridir.
Müxtəlif dövrlərdə yaşayıb-yaratmış azərbaycanlı alimlər, ədib və şairlər İslam mədəniyyətinə qiymətli yüksəkliklər bəxş etmişlər.
Söz yaradıcılığında ədəbi qabiliyyət əsas ünsürlərdən biridir.
İstedad həmişə aktual olduqda, insanların ürəyindən xəbər verən mövzulara həsr olunduqda yüksək ədəbi səmərəyə çevrilər, müəllifi daha çox şöhrət qazanar.
Bakı İslam Universitetinin rektoru, şöhrət ordenli, İlahiyyət elmləri namizədi, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və Elmi-dini Şuranın üzvü, ilahiyyətçi-alim Hacı Sabir Həsənli, həm də «Simurq» Beynəlxalq Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, «Qızıl qələm» mükafatı laureatı, çox saylı elmi-dini mövzuların müəllifi olmaqla yanaşı, Prezidentin sərəncamı ilə  dini təhsil inkişafındakı xidmətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Qafqaz Müsəlmanlar idarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Bakı Şəhəri İcra Hakimiyyəti nəzdində Heydər məscidi kompleks idarəsinin sədri Hacı Sabir Həsənli «101 hədis», «Adəmdən Xatəmə», «İman və elm», «Peyğəmbərlər tarixi» və s. kitabların müəllifi olmaqla bərabər, çox saylı şeirləri ilə xalqımızın sevimlisinə çevrilmişdir. O, yazdığı şeirləri ilə gənclərimizi Allaha, haqqa, ədalətə, vətənə, xalqa bağlı olmağa çağırır.
Bu şeirlərdən biri də «Necə varsan, elə görün!» şeiridir.


Necə varsanelə görün!
(oğluma nəsihət)

Bu torpağa doğulası,
Başımda qəhrin bəlası,
Zaman-zaman talanmışam,
Tonqallara qalanmışam.
Yatırıblar, yatmamışam,
Batırıblar, batmamışam!
Mən insanam! Mən Tanrıma
Xəlifəyəm,
Yüz il belə yaşasam da,
Oxunmamış səhifəyəm
Vətəndaşam! Vətənimin
Hər daşına bir yoldaşam!
Vətəndaşam! Nə dərdimi,
Nə sərimi
Eldən uca tutmamışam!
Kürsülərdən tərif deyib,
Üzdə gülüb, dalda söyüb,
Yaxşıları yamanlayıb,
Yamanları öyüb-öyüb
Vəzifəyə çatmamışam.
Nə şeytana «Allah!» - deyə,
Nə zülmətə «sabah» - deyə,
Günahlara batmamışam!
El malına əyri baxıb,
Sərvət üçün evlər yıxıb,
Nə kimlərə, nə kiməsə,
Nə mələyə, nə iblisə,
Mənliyimi satmamışam!
Göydə bilib öz yerimi,
Yerdə isə hamı kimi
Sevinmişəm, ağlamışam.
Köksüm dolu çağlamışam!
«Cihad» deyib, öz nəfsimə
Sarılmışam haqq səsimə,
Daş bağlyaıb ürəyimə,
Bircə tikə çörəyimə
Hələ haram qatmamışam.
Bax, beləcə yaşamışam
Eşit oğul, bax beləcə
Başıuca, alnıaçıq və sadəcə.
İnsnaların üzünə düz baxa-baxa,
Şükr deyib qismətimə, aza-çoxa,
Təkcə Tanrı qarşısında əyilmişəm.
Əyilməzlik üstündə çox döyülmüşəm!
Baharımı qış ediblər, dayanmışam,
«Dost» sözündən al qanıma boyanmışam.
Əllərimdən çörək yeyən bir sürü kəs
Bu nemətə yamanlıqla vermiş əvəz.
Unudulmaz acıları unutmuşam,
Sızladıqca, ürəyimi ovutmuşam!
İndi bilsin, bilsin hamı:
Əcəl kəssə dörd yanımı,
Yazsa fələk fərmanımı,
Mən bu ömür karvanımı
Asta-asta, aram-aram,
O mənzilə aparıram!
Eşit, oğul!
Bu dünyanın hər üzünə,
Gecəsinə, gündüzünə,
Yaxşısına, yamanına,
Şübhəsinə, gümanına
Dözməlisən.
Tükü-tükdən sezməlisən!
Təkcə oğul, imanından
Əl götürmə,
Şeytan səni danışdırsa,
Dil yetirmə!
Haqqa sarın, haqqa bürün,
Necə varsan, elə görün!
Necə varsan, elə görün!

Hacı Sabir Həsənli


Hazırladı:   Hacı Akif Qismətoğlu
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930