Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

 
12-01-2019, 09:37            140 dəfə baxılıb
 

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Serhed.az xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Respublika birinciliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Medalların əyarına görə komanda yarışının qalibləri də müəyyənləşib.
Ümumi hesabda daha yaxşı nəticə göstərən "Neftçi” İdman Klubu birinci yerə layiq görülüb. "Cüdo 2012" klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin komandası isə üçüncü yeri tutub. Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930