BSU-da ERASMUS+ PETRA çərçivəsində treninqlərə start verilib

 
5-03-2019, 17:07            130 dəfə baxılıb
 
Bakı Slavyan Universitetinin Təlim-Tədris Mərkəzində ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində artıq bir neçə gündür treninqlərə start verilib.

TTM-in tərtib olunmuş iş planına uyğun olaraq ilk tereninq fevralın 27-də Almaniyanın Azərbaycndakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dil asistenti Rusudan Abşilava tərəfindən keçirilib.

“Alman musiqisi”nə həsr olunmuş təlimdə BSU-nun filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin alman dili ixtisası üzrə təhsil alan tələbələri və alman dilini tədris edən müəllimlər iştirak ediblər.

Təlim-Tədris Mərkəzində 4 mart tarixində təşkil olunan növbəti treninqi isə Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul nümayəndəsi, “Campus France”in rəhbəri Morin Raab aparıb. “Fransada bakalavr, magistr və doktorant pilləsində təhsil” mövzusunda keçirilən təlimdə BSU-nun fransız dili ixtisası üzrə təhsil alan filologiya və xarici dil müəllimliyi, o cümlədən tərcümə fakültəsinin tələbələri iştirak ediblər.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031