Yasamalda polis əməliyyatı: Soyğunçuluq edən Ağdam rayon sakini tutulub

 
25-04-2019, 12:30            152 dəfə baxılıb
 
Bakıda soyğunçuluq edən Ağdam rayon sakini tutulub.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş T.Zeynalov olduğu müəyyən edilib.

Araşdırma aparılır.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930