“Məhəmməd Əmin Rəsulzadəyə bağlı olan hər bir vətəndaşımızı alqışlayırıq...”

 
7-06-2019, 16:08            49 dəfə baxılıb
 
Xəbər verdiyimiz kimi iş adamı Mübariz Mənsimov Məmməd Əmin Rəsulzadə gəmisinin yeni fotolarını yayıb. Bildirilir ki, gəmi bu il ilk səfərinə çıxacaq. 

Moderator.az-a açıqlamasında tarix elmləri doktoru Nəsiman Yaqublu bildirdi ki, tarixi şəxsiyyətlərimizin adını əbədiləşdirən bu cür şəxslərə ancaq təşəkkür etməliyik:

“Bu işi görən hər bir kəsə təşəkkür etməliyik. M.Ə.Rəsulzadənin adını yaşadan və yaşatmağa cəhd edən hər bir vətəndaş hansı millətdən olmasından asılı olmayaraq Azərbaycanı sevirsə, M.Ə.Rəsulzadəyə bağlıdırsa, biz onu alqışlayırıq. O cümlədən də baş verən hadisə çox önəmli bir hadisədir. Təbii ki, biz buna görə Mübariz bəyə təşəkkürümüzü bildiririk və düşünürük ki, bundan sonra da o, işlərini uğurla davam etdirəcək”. 

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031