Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlandı – Peterburqda

 
9-06-2019, 17:54            88 dəfə baxılıb
 
Rusiyanın Sankt-Peterburq şəhərində qədim Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.

Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Belə ki, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.


174 x127 sm ölçüdə, dördkünc formasında, ipək parçadan olan Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşunaslıq muzeyində saxlanılacaq.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30