“Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya olunub

 
12-06-2019, 10:48            25 dəfə baxılıb
 
Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930