IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir

 
16-06-2019, 09:55            44 dəfə baxılıb
 
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirir. İmtahan saat 11:00-da başlanır.

İmtahanda 32827 (Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099, Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul 812,Qusar 1114, Quba 1944, Siyəzən 526, Xızı 185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək.(apa)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031