Qəbul imtahanında az bal topladı, özünü öldürdü

 
16-06-2019, 14:49            896 dəfə baxılıb
 
Xəbər veridiyimiz kimi, Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Moderator.az Publika.az-a istinadən xəbər verir ki, intiharın bəzi təfərrüatları məlum olub. Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən "Son Zəng" tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30