Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib

 
24-06-2019, 17:26            43 dəfə baxılıb
 
Ağsu rayonunda qorxunc ilan öldürülüb.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.
Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı kafedən kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.

Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli “Qafqaz gürzəsi”nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir. (Trend)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031