Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

 
25-06-2019, 09:13            45 dəfə baxılıb
 
Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, İrəvan və Trabzondan Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.

“Sənədin əsas mövzusu belədir: yaxınlıqdakı hava limanlarından - Bakı, İrəvan və Trabzondan rusiyalı turistləri Gürcüstana asanlıqla gətirəcək pulsuz avtobuslar təşkil olunsun”, - deyə, o bildirib.

Alaverdaşvilinin sözlərinə görə, yekun qərar üçün müzakirələrə ölkənin Xarici İşlər Nazirliyi də qoşulacaq.

Onun sözlərinə görə, Tbilisi və kurort şəhərlərinin mehmanxana sahiblərinə Gürcüstana gəlmək istəyən və alternativ yollar axtaran rusiyalı turistlərdən çoxsaylı müraciətlər daxil olub.(oxu.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031