Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub

 
25-06-2019, 09:42            39 dəfə baxılıb
 
Beyləqan rayonunda polis əməkdaşları əvvələr məhkum olunmuş şəxsdən 120-kq artıq narkotik götürüblər.
 
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun meşə massivi ərazisində ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.
 
Aparılan axtarış-əməliyyat zamanı məlum olub ki, çətənə kolları Qarayev Asim Ülvi oğluna məxsusdur.
 
Həmçinin, əraziyə baxış keçirilən zaman kolların xüsusi aqrotexniki qayda ilə becərildiyi məlum olub. Meşədə ağacların arasında becərilən kolların suvarılması üçün su kanalı, həmçinin çətənə kollarının qorunması üçün ərazidə xüsusi düzəldilən saxlanc yeri də aşkarlanıb.
 
Bundan başqa əraziyə baxış keçirilən zaman 3-kq yaxın qurudulmuş marixuana aşkar olunub. 
Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, A.Qarayev narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə yanaşı, satışı ilə də məşğul olduğu üçün məhkum həyatı yaşayıb.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.(oxu.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031