Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 7688 müraciəti cavablandırdı

 
9-07-2019, 10:18            41 dəfə baxılıb
 
2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb.

Onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş sorğu xarakterli məktublar təşkil edib.  Qalan müraciətlər isə Xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş tərəfindən edilib. 

Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031