DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti

 
9-07-2019, 10:52            35 dəfə baxılıb
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.

Moderator.az-a daxil olan məlumata görə, müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. Vətəndaş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluğa görə ona Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət edərək DOST mərkəzinin xidmətindən faydalanıb. 15000-ci müraciətin sahibi olan Nigar Mirzəcanovaya bu münasibətlə DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib.

N.Mirzəcanova vətəndaşlara “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031