Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynovun Xızıda qəbulu iyulun 12-nə təyin edildi

 
9-07-2019, 15:19            50 dəfə baxılıb
 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun iyulun 26-da Xızı rayonuna təyin olunmuş qəbulu iyulun 12-ə keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin xəbərinə görə, qəbul iyulun 12-də saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küç. 37) keçiriləcək.
Qəbul zamanı yalnız Xızı rayonunun sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilər.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031