İran səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağrıldı

 
4-10-2019, 16:21            29 dəfə baxılıb
 
İran səfiri Mehdi Sənai rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində məlumat verib.

"Elə indicə agentliklərə məlumat verdim ki, Rusiya vətəndaşı Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar İran səfiri hadisənin başvermə səbəblərini operativ şəkildə aydınlaşdırmaq və rusiyalı qadının hüquqlarını təmin etmək məqsədilə Xarici İşlər Nazirliyinə çağırılıb", - M.Zaxarov yazıb.

Qeyd edək ki, rusiyalı jurnalist Yuliya Yuzik bu gün Tehranda saxlanılıb.(Report)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031