Bakının rabitə operatorunun internet şəbəkəsində texniki problemlər yarandı

 
8-10-2019, 16:51            35 dəfə baxılıb
 
"AzEuroTel" MMC-nin şəbəkəsində baş verən texniki nasazlıq səbəbindən şirkətin xidməti ərazisində internet bağlantısında problemlər yaşanır.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. 

Şirkətdən qeyd ediblər ki, texniki nasazlıq yaxın 2 saat ərzində aradan qaldırılacaq. 

Qeyd edək ki, hazırda "AzEuroTel" tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq.

Eyni zamanda "AzEuroTel"in xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. İlin sonunadək operator tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031