Gözdən əlil ananın övladlarına qayğısı (Borc içində boğulan ailəyə kim kömək etməlidir?) - FOTOLAR

 
22-10-2019, 11:27            319 dəfə baxılıb
 

Xaricdə yaşayan dostum İsgəndər bəy mənə zəng etdi. Çox həyəcanlı danışırdı. Yenə də acı bir taleyi yaşayan ailələrdən birinin çətinliyindən məlumat verirdi. Dedi ki, Göygöl şəhər sakini Ruslan adlı şəxs ailəsinə çörək pulu qazanmaq üçün   Astraxana iş  üçün gedib.  O da aydın oldu ki, ailənin bir neçə nəfərə borcu da var. Astraxanda isə iş tapa bilməyib. Məcbur olub bir neçə yerlərdən kömək istəyib. Ona  Qırğızıstanda yaşayan bir türk qardaşımız kömək etmək qərarına gəlib. Amma bu ailə haqqında dəqiq məlumat almaq istəyib. Məndən xahiş etdi ki, Sizə güvənliyik, xahiş edirik, bizə ailənin  durumu  haqqında dəqiq məlumat verəsiniz və  ünvanını, əlaqə nömrəsini də Sizə göndərirəm. Mən də istirahət günü Bakıdan göstərilən ünvana - Göygölə Hummer küçəsi 33-ə yola düşdüm. Bizi küçənin yuxarı hissəsində  Ruslanın 12 yaşlı oğlu Əbdürrəhman qarşıladı. Biz onunla yaşadıqları evə gəldik və   işıqları gur olmayan bir otağa daxil olduq.  Ruslanın həyat yoldaşı və beş uşağı evdə idi. Qarşımda bir qadın dayanmışdı. Salam verdim. Amiranə səslə salamımı aldı və xoş gəldiniz dedi. Kim olduğumu soruşdu. Özümü təqdim etdim. Sorğu suallar başladı. Ailədə olduğum iki saata yaxın vaxt ərzində hər şey mənə aydın idi. Amma  məni və yoldaşları heyrət bürümüşdü. Vaxt itirmədən, elə oradaca Astraxanla - Ruslanla əlaqə saxladıq. Kimə və haraya olan borclarını öyrəndik. Uşaqlar da borclu olduğu siyahını bizə təqdim etdilər. Bununla belə onlarla şirin və ürəyi dağlayan söhbətlərim oldu. Böyük uşaq doqquzuncu sinifdə oxuyur, evdə yox idi. Əbdürrəhman VI, Abdulla və Həcər IV, Əminə II sinifdə oxuyur dedilər, Məryəmin isə 4 yaşında olduğunu öyrəndim. Biçarə övladların anası, Ruslanın həyat yoldaşı Bağırova Yeganə Fazil qızı əslən gəncəlidir. Anadan olandan dünya işığından məhrumdur. Gəncliyində acı və kimsəsiz qalan anlarda Ruslan ona yiyə çıxıb, ailə qurub. İlk qız övladı 16 yaşa qədər yaşayıb. Onun da gözləri dünya işığından məhrum olub. Yeganənin dediyinə görə xəstəxanada olan zaman  Saymon Bartler adlı ingilislə rastlaşıblar. O zaman o, bizim vəziyyətlə tanış oldu, yardım etməyə başladı. Hətta uşağı İngiltərəyə qədər müalicəyə göndərdi. Təəssüf ki, heç bir faydası olmadı. Çətinliyimizi  görən Saymon Bartler 2004-cü ildə - qızımız xəstə olan zaman yaşadığımız bu evi onun üçün alıb, hədiyyə etdi ki, yaşayaq. Xeyli müddətdir ki, yardımçımız olan  ingilis Azərbaycanı tərk edib. İlk xəstə qızım isə 16 yaşında dünyasını dəyişdi. Eyni zamanda Allahın qisməti ilə gördüyünüz bu altı övlad  dünyaya gəlib. Bu uşaqlara kim baxıb, böyüdüb sualıma - Ruslan və özüm, dedi. Axı siz dünya işığından məhrumsuz, necə bunları geyindirib, yedirmisiz? O isə, müəllim, hər şeyi hissiyyat və səmtlə müəyyənləşdirirəm, onların Allah verəndən yeməklərin, şirniyyatların hazırlayır, hətta xəmir yoğurub, elektrik sobasında çörəklərini bişirirəm.  Son illərə qədər bir təhər dolanırdıq. Ortancıl oğlum xəstələnəndən və uşaqlar böyüdükcə dolanışıq  vəziyyətimiz ağırlaşdı. Daha uşaqları saxlaya bilmədik. Getdikcə borclarımız da artmağa başladı. Borclu yiyələri pulunu tələb edirdi. Ruslan da bu hala dözə bilməyib, ölkəni bir aya yaxındır ki, tərk edib. Tərk edib ki, gedim Rusiyada işləyim, borcları qaytarım. Bu da deyəsən, alınmayıb. Bax budur bizim bugünkü durumumuz. Yeganə xanım, ailənizin bu günki vəziyyətinə kömək edəcək kimsə - hansısa idarə, müəssisə, dövlət qurumları, şəhər bələdiyyəsi, Göygöl Rayon İcra Hakimiyyəti - yoxdurmu? - Olsaydı, yoldaşıma iş verilərdi, o da Rusiyanın düzündə qalmazdı! Doğrusu, tutulmuşdum. Artıq suallar verməyə səbrim də çatmırdı. Hər şey göz qabağında idi. Soyuducuya baxdım, bomboşdu. Ananın yoğurduğu xəmir də daşmışdı. Yiyəsini gözləyirdi. Gözləyirdi ki, hazır olsun, bu biçarə neft ölkəsinin uşaqları  axşam yavan çörəyi yeyib, yatsınlar. Beləliklə, əlil ana və övladlarından, təmirə ehtiyacı olan, bir yazılı məktəb lövhəsinə bənzəyə otağın divarlarından  ürək ağrısı və acı  həqiqətlərlə ayrıldım.

 Sərvan Kərimov


   
     
                                                                     
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829