FOTOLAR Sabunçu rayonunda baş verən soyqırımın arxasında kimlər dayanır? İcra başçısı, yoxsa Ekologiya Nazirliyi

 
11-06-2018, 16:28            1 517 dəfə baxılıb



      Son vaxtlar Sabunçu rayonunda  ağacların soyqırımı səngimək bilmir. Bu ayrı-ayrı şəxslər tərəfindən baş versə də əsas müqəssir əraziyə nəzarət edən məmurlar tərəfindən dəstəkləndiyi ortaya çıxır. Aldığımız məlumata görə Sabunçu rayon Zabrat qəsəbəsində törənən bu soyqırım əməliyyatının arxasında bilavasitə Sabunçu Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyevin dayandığı iddia olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə 168-ə dəfələrlə müraciət etməyimizə baxmayaraq  bu qurum ötür-ötür oyunu oynayaraq  soyqırımı dayandırmaq istəyində olmadı. Buna görə də  bu gün Sabunçu Rayon İcra strukturlarının gözünün qarçısında baş verən bu olay ürəkağrıdıcı bir hala gəlmişdır. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin mütəxəssisi Şakir adlı şəxs tərəfindən  soyqırım  yoxlanılsa da konkret qabaqlayıcı tədbirlər həyata keçirilmədi. Tərəfimizdən isə bu cinayətin, haqsızlığın, özbaşnalığın   ayrı-ayrı vaxtlarda sübut üçün fotoşəkilləri çəkildi. Bildirmək istərdik ki, xalqı aldatmaq məqsədi ilə obyektin ətrafına şamlar  əkilmişdir ki, içəridə gedən tikinti görünməsin. Artıq tlkinti başa çatmaq üzrədir. Masqalanmaq üçün əkilən şamlar isə qurumaqdadır. Bu zaman bizi  bir sual düşündürür: Görəsən, bu özbaşınalıqları Dövlət nəzarət orqanları görmürmü, o cümlədən Sabunçu Rayon İcra hakimiyyətinin rəhbərliyi görmürmü? Görürsə, niyə qabaqlayıcı tədbir həyata keçirmədi? Bu suallardan sonra artıq qaranlıq məsələlərə aydınlıq gəlməkdədir. Demək, bu hərc-mərcliyin  başında Sabunçu rayon rəhbərliyinin özünün dayandığının qənaətinə gəlməkdəyik və  şübhələrimiz artmaqdadır. Əgər belə deyilsə, Zabrat sakinlərinin narazılığın anlasınlar, vətandaşların  heysiyyatına toxunmasınlar, etdikləri əmələ görə cavab versinlər. Qırdıqları ağaca görə məsuliyyətə cəlb olunsunlar, sağ qalan ağacları keçirdikləri dəmir halqalardan çıxartsınlar!
Xatırladırıq ki, biz sıravi vətəndaşların gözü qarşısında  bu il, 22 ədəd ağacı olan 4,5 sot sahə satılıb, bu ağacların 12 ədədi soyqırıma məruz qalıb, heç olmasa, qalan 10 ağacı sağ buraxsınlar! Bu şikayət haqqında “Avrasiya.info” saytında   Tarixdə məlumat vermişdik.
Bununla da Sabunçu rayonunda olan özbaşınalığa son qoyulsun! Hüquq-mühafizə orqanları isə bu barədə qanunu tədbiri həyata keçirsin! İddia və iradlarımıza görə hər iki qarşı tərəfləri dinləməyə isə hazırıq!


  шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031