GÜRCÜSTAN YENİ PREZİDENTİNİ SEÇƏ BİLMƏDİ – İkinci turun olacağı qətiləşdi

 
30-10-2018, 15:12            11 877 dəfə baxılıb
 
Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.
Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və “Qirçi” Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.
Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031