ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşünə dair bəyanat yayıb

 
9-03-2019, 17:19            43 dəfə baxılıb
 ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.
ATƏT-dən ONA-ya daxil olan bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıblar. Həmsədrlər liderlərin vacib görüşü üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparır. Bu, iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş olacaq”.
Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayaraq, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.
Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayıblar.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031