Fransada “sarı jiletlər” gələn həftə böyük səfərbərlik olacağını bildiriblər

 
10-03-2019, 09:46            34 dəfə baxılıb
 
Fransada “sarı jiletlər” etiraz aksiyasının 17-ci aktında 28 min 600 nümayişçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. “Sarı jiletlər”in 17-ci aktına işsizlik-sığortası ilə bağlı hökumətin aparmaq istədiyi islahatlara etiraz edən bağça işçiləri “qırmızı jilet”lərdə və qadın hüquqlarının müdafiəçiləri “bənövşəyi jiletlər”də qoşulublar.
Parisdə 3 min nümayişçi küçələrə çıxıb. Paytaxtda 19 nəfər saxlanılaraq polis məntəqəsində dindirilib. “Sarı jiletlər” gələn həftə milli debatların başa çatacağı vaxt - martın 16-da keçiriləcək nümayiş üçün böyük səfərbərlik olacağını bildiriblər.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031