Türkiyə çətin seçim qarşısında: ya ABŞ, ya Rusiya!

 
11-03-2019, 14:57            41 dəfə baxılıb
 
Türkiyənin havadan hücum strategiyası və müdafiə sənayesini gücləndirməsi dünyanın iki supergücü ilə münasibətlərinin gərginləşməsinə səbəb olub.
"F-35 Lightning II” istehsal proqramında Türkiyə ilə birlikdə işləyən ABŞ Ankaranın Rusiyadan S-400 zenit raket kompleksi almasını həzm edə bilmir.
Rusiya-Türkiyə satış müqaviləsi bağlanandan bəri müxtəlif bəhanələr və sanksiyalarla NATO müttəfiqqini bu razılaşmadan geri çəkilməyə məcbur edən ABŞ ortağını F-35 təyyarələri verməməklə qorxudur.
Bəs Türkiyə üçün hansı istiqamət daha faydalıdır: S-400 yoxsa, F-35?
F-35 Lighting II döyüş təyyarəsi

Alternativi varmı?
F-35 qırıcılarının dünya üzərində alternativi yoxdur. Bu məqamda bilgisi olan və olmayan hər kəs deyə bilər ki, F-35 yoxdursa, Rusiyadan Su-35, Su-57 alınar, Çindən J-31 gətirilər. Lakin adıçəkilən qırıcıların performansı F-35-lə müqayisə oluna bilməz. Üstəlik bu alternativlər Hərbi Hava Qüvvələrində xaos yarada bilər. Bundan başqa, Çin və Rusiyanın əlindəki son model texnologiyanı Türkiyə ilə bölüşməsi siyasi baxımdan inandırıcı deyil.
S-400 havadan müdafiə sistemi

Türkiyə Silahlı Qüvvələri S-400-ü əldə edə bilsə, an etibarilə heç bir şəkildə tapılmayan bir silah sisteminə sahib olacaq. Təhvil-təslim işləri tamamlandıqdan sonra 4 fərqli bölgədə yerləşdiriləcək bu sistemlər toplamda 128 atışa hazır raketdən qurulmuş qalxan funksiyası daşıyacaq. Buna bənzər sistemlər Türkiyənin qonşuları Suriya və İsraildə güclü şəkildə var. Türkiyə isə bu baxımdan korluq çəkir. ABŞ-dan "Patriot” sistemləri alınması tələbinin Konqres tərəfindən rədd edilməsi, Çin ilə ortaq istehsal edilməsi planlaşdırılan HQ-9 layihəsinin ləğv olunması Türkiyəni Rusiyaya üz tutmağa məcbur edib.
S-400 sayəsində Türkiyə illərdir ki, yalnız qırıcılarla təmin etdiyi hava sahəsi təhlükəsizliyini artıq çox daha asan və effektiv formada qoruyacaq. S-400 hazırda bazarda olan ən təhlükəsiz, güvənli silahlardan biridir.
Bütün bunlarla yanaşı, F-35-də olduğu kimi, S-400-də də bəzi dezavantajlar var. Bunlardan ən çox gözə batanı S-400-ün Türkiyədə bir radar şəbəkəsinə bağlanmayacağıdır. Buna görə də bu sistemlərin potensialından tam şəkildə istifadə oluna bilməyəcək. Xüsusilə, ballistik raket vurmaq məsələsində sıxıntılar yaşanacaq. Bənzər şəkildə kəşfiyyat məqsədilə göndərilən raketlərin də qarşısının alınmasında çətinliklər olacaq. Çünki bu tip raketlər çox alçaq mövqedən uçur və Yer kürə formasında olduğu üçün hətta dənizin üzərindən uçduqda belə yalnız hədəfə bir neçə km qalmış görünə bilir. Bundan başqa, "Stealth” xüsusiyyəti olan F-22, F-35 kimi təyyarələrə qarşı da S-400 çətin vəziyyətdə qala bilər. Bunların səbəbi də yuxarıda qeyd olunduğu kimi, sistemin radar şəbəkəsinə bağlanmaması olacaq. Əgər S-400 havadan xəbərdarlıq və nəzarət təyyarələri, peyklər və quru radarları kimi komplekslə tamamlansa, o zaman daha əlverişli sistem halına gələcək.
Alternativi varmı?
F-35 kimi texnologiyanın zirvəsində dayanan bir qırıcının alternativi yoxdursa, S-400-ə də eyni şəkildə alternativ tapmaq mümkünsüzdür. Onun yerinə başqa sistem tapılar, amma onun kimisi tapılmaz.

ABŞ-ın F-35 embarqosuna qarşı nələr edilə bilər?
ABŞ Türkiyəyə F-35 təyyarəsini verməsə, Türkiyə Hərbi Hava Qüvvələrinin A planında yer alan istiqamətlər pozulacaq. Bununla yanaşı Hərbi Dəniz Qüvvələrində TCG-ANADOLU ve TCG-TRAKYA gəmiləri qırıcısız qalacaq. Bunlar qısa şəkildə Türkiyənin hava qüvvələrinə vuran zərbələrdən bəziləridir. F-35-in tərkibində olan texnologiyalara STOVL adlandırılan qısa və şaquli qalxma xüsusiyyəti də daxildir. Hazırda dünya üzərində bunu edə bilən yeganə qırıcı ABŞ, İspaniya və İtaliyanın sahib olduğu"AV-8B Harrier”lərdir. Onlar isə artıq ömürlərinin son dövrlərini yaşayır./publika.azшаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031