Yaponiyanın Baş naziri 2021-ci ildə hakimiyyətini başa vuracağını bildirib

 
14-03-2019, 08:50            40 dəfə baxılıb
 
Yaponiyanın Baş naziri Şinzo Abe 2021-ci ildə hakimiyyətini başa vuracağını bildirib.
AZƏRTAC xəbər verir ki, Şinzo Abe bununla bağlı fikrini martın 14-də parlamentin yuxarı palatasında büdcə komissiyasının iclası zamanı hakim Liberal Demokratik Partiyanın (LDP) bir sıra nüfuzlu xadimlərinin hökumətin hazırkı başçısının səlahiyyət müddətinin uzadılması barədə çağırışlarını şərh edərkən söyləyib. Baş nazir deyib: “Bu, partiyanın Nizamnaməsinə ziddir. Biz qaydalara əməl etməliyik və hakimiyyətdə olduğum dövrü başa vurarkən mən bütün gücümü bizim siyasətimizdə diqqətəlayiq nəticələrin əldə edilməsinə yönəltmək niyyətindəyəm”.
Xatırladaq ki, LDP-nin baş katibi Toşihiro Nikai və digər yüksək vəzifəli funksionerlər son vaxtlar Şinzo Abeyə 2021-ci ilin sentyabrında keçiriləcək partiya liderinin seçkilərində daha bir imkanın verilməsi çağırışı ilə çıxış ediblər. LDP parlamentdə əksəriyyətə malik olduğuna görə, bu partiyanın sədri həm də hökumətin başçısı seçiləcək.
Hazırda LDP Nizamnaməsi partiyanın liderinə yalnız üç dəfə və doqquz il müddətinə onun sədri seçilmək icazəsi verir. Şinzo Abe 2012-ci ildə partiyanın sədri seçilib.
 шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031