Moskvada yaşayan azərbaycanlılar bir araya gəldi - Yeni cəmiyyət yaranır (Foto)

 
1-04-2019, 22:22            158 dəfə baxılıb
 

Moskva vilayətinin Naro-fominsk şəhərində yaşayan azərbaycanlılar Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti yaradıblar. Bir araya gələn soydaşlarımız aprel ayının sonlarında qurultay keçirəcəklər.

Mart ayının 31-də Moskva vilayətinin Naro-fominsk şəhərində yaşayan azərbaycanlılar qurultay öncəsi geniş iclas keçiriblər. 

İclas 31 mart Azərbaycanlıların Soyqırımı gününə təsadüf etdiyindən soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Nicat İlyasov ilk öncə 31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı çıxış edib.Bu soyqırımın yalnız Azərbaycan türklərinə deyil, eləcə də orada yaşayan yəhudilərə, ləzgilərə, talışlara və digər milli azlıqlara qarşı da törədilmiş ağır cinayət olduğunu qeyd edən N.İlyasov nitqinin sonunda bu bəşəri cinayətə gec də olsa dünya ictimaiyyəti tərəfindən layiqincə qiymət veriləcəyinə ümidvar olduğunu bildirmişdir.

İclasda qurultay öncəsi gündəlikdə duran məsələləri müzakirəyə çıxarıldıqdan sonra yaradılacaq təşkilatın gerbi iclas iştirakçıları tərəfindən qəbul edilib. Sonra müvəqqəti strukturun formalaşması prosesinə başlanılıb. Soydaşlarımızın səs verməsinin nəticəsi olaraq Nicat İlyasov Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin sədri (qeyd edək ki, Nicat İlyasov həm də Dünya Azərbaycanlıları Assambleyası sədrinin milli azlıqlar və dini məsələlər üzrə müşaviridir), İlkin Əliyev sədr müavini seçilmişdir. Növbəti səsvermələrin sonucu olaraq Əsgər Nəsibov təşkilati məsələlər üzrə, Elnur Əkbərov ictimaiyyətlə əlaqələr üzrə, Rahib Namazov isə maliyyə məsələləri üzrə müavin seçilmişlər.


Təşkilatın Ağsaqqallar Şurası adından çıxış edən Azad Əliyev, Arif Qasımov, Etibar Əliyev və başqaları təşkilata gələcək fəaliyyətində uğurlar arzu etmiş, bu yolda addımlamaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bir daha qeyd ediblər.

Yekun nəticə olaraq təşkilatın təsis qurultayının keçirilmə tarixi bu il aprel ayının 24-nə təyin edilib. 

Beləliklə, xaricdə yaşayan soydaşlarımızın yaratmış olduqları daha bir təşkilat NARO-FOMİNSK Azərbaycanlıları Cəmiyyəti adından çıxış edən təşkilat sədri Nicat İlyasov son çıxışını belə yekunlaşdırmışdır: "Məqsədimiz Rusiyada yaşayan soydaşlarımızın təşkilatlanmasına yardım etmək, buradakı həmvətənlərimizə azərbaycançılıq ideologiyasını təbliğ etmək, Azərbaycanda əsrlərdir yaşanan milli, dini, mədəni tolerantlığı Rusiya cəmiyyətinə təqdim etmək, həmçinin Rusiya - Azərbaycan xalqları arsındakı dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsinə xidmət etməkdir."

Qeyd edək ki, Moskva vilayətinin bu şəhərinində yaşayan azərbaycanlılar uzun müddətdən sonra məhz bu iclasla bir araya gəliblər. İclasda digər millətlərin nümayəndələri də iştirak edib.(qaziler.az)









шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031