Jurnalist Fuad Abbasov aclıq elan etdi

 
8-06-2019, 11:00            43 dəfə baxılıb
 
Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Bu barədə Oxu.Az-a İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi  Elçin Axundzadə məlumat verib.

İyunun 7-də Fuad Abbasov deportasiya edilməsi barədə qərara uyğun olaraq Bakıya uçmalı idi.

O hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb. 

Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir.

Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb.

Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930