Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

 
27-06-2019, 09:50            51 dəfə baxılıb
 
Mixeil Saakaşvili yaxın gələcəkdə Gürcüstana qayıda bilər.

Bunu “Exo Moskva”ya müsahibəsində M.Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.

Onun sözlərinə görə, xalq kifayət qədər güc toplayanda və ərinin təhlükəsizliyinə zəmanət veriləndə M.Saakaşvili Gürcüstana qayıdacaq:

“Hazırda o, Ukraynadadır və çox vacib siyasi proseslərlə məşğuldur. Bildiyiniz kimi, Saakaşvili Ukraynada parlament seçkilərində iştirak etmək istəyir”.

S.Rulofs Tbilisidə davam edən etiraz aksiyaları barədə də danışıb. O bildirib ki, Tbilisidəki etirazlar Gürcüstanın indiki hökumətinin səhvidir:

“Belə sərt və qeyri-insani reaksiya vermək olmazdı. Biz indi güc tətbiq etməyə görə məsuliyyət daşıyanların həbs olunmasını tələb edirik”.(oxu.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031