ABŞ Nümayəndələr Palatası Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib

 
14-07-2019, 11:57            13 dəfə baxılıb
 
ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.

Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.  
`
Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031