Gürcüstanın baş naziri Tbilisi Cümə məscidini ziyarət edib

 
11-08-2019, 19:10            35 dəfə baxılıb
 

Gürcüstanın baş naziri Mamuka Baxtadze Qurban bayramı münasibəti ilə Tbilisi Cümə məscidini ziyarət edib.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov iştirak edib.

M.Baxtadze müsəlmanları bayram münasibəti təbrik edib, sülh, əmin-amanlıq arzu edib. Baş nazir artıq ikinci dəfə bayramı müsəlmanlarla birlikdə keçirdiyini qeyd edib.

Baş nazir Qurban bayramını artıq ikinci dəfədir Cümə məscidində qeyd etməsininin onun üçün böyük şərəf olduğunu bildirib: "Bu gün ümid, bir-birinə yaxınlaşma və sevgi günüdür. Çox sevinirəm ki,  dost və qonşu ölkələrin səfirləri də bizimlə birlikdə bu bayramı qeyd edirlər. Hər zaman qeyd edirəm, Gürcüstanın gücü, onun rəngarəngliyindədir və bu qorunmalıdır. Əsrlər boyu bizim əcdadlarımız bir yerdə Gürcüstan dövlətini qurub və bizə çatdırıblar. Bizim borcumuz da bu dövləti qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Biz çətin günlərdə hər zaman bir yerdəyik və bu çətinlikləri bir yerdə həll edirik, sevincimizi bölüşürük".

Şərqi Gürcüstan Müftisi Yasin Əliyev Baş nazir M.Baxtadzeyə və diplomatik korpus üzvlərinə təşəkkür edib, onların bayramını təbrik edib: "Əsrlər boyu biz gürcü xalqı ilə birgə yaşayırıq. Bizim aramızda böyük mehribanlıq var və bunun nəticəsidir ki, bizim dövlət başçıları buranın müsəlmanları üçün əlindən gələni etməkdədir".
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031