Diaspor fəalları ermənipərəst deputata qarşı hərəkətə keçdi

 
2-09-2019, 15:34            61 dəfə baxılıb
 
Almaniyada fəaliyyət göstərən “Alumniportal Aserbaidschan” qurumunun rəhbərləri, gənc diaspor xadimləri Samir Həsənov və Asif Məsimov Almaniyanın “Die Partei” partiyasından Avropa parlamentinə deputat seçilmiş Martin Sonneborn adlı erməni təbliğatçısına qarşı əks tədbirlər görməyə, erməni puluna satılmış bu şəxsin həqiqi simasının açılmasına, ifşa olunmasına, qərəzli və saxta erməni təbliğatına son verilməsi üçün konkret addımlar atmağa başlayıblar. Arvadı erməni olan bu başabəla alman deputatı artıq 2 dəfə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib, son səfərində 25 nəfəri də özü ilə aparıb və vəd edib ki, gələn dəfə 100 nəfərlə səfər edəcək. Almaniyadakı diaspor fəalları S.Həsənov və A.Məsimov bu alman deputatın saxta erməni təbliğatının qarşısını almaq üçün konkret addımlar atır, eyni zamanda hər kəsə ünvanladıqları müraciətdə bildirirlər: “„Mənlik deyil“, „Bunun xeyri ne olacaq“ və s. kimi cümlələr deyib keçməsin heç kəs. Çox vacib məsələdi. Demək Almaniyanın „Die Partei“ adlı kicik partiyası var. Bu partiyanın sədri, eləcə də bir neçə ay bundan öncə Avropa parlamentinə keçirilən seçkilərdə deputat seçilən Martin Sonneborn adlı şərəfsiz erməni lobbisinin və hökumətinin birbaşa maliyyə dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfər edib. Son 1 ildə artıq ikinci dəfədi belə edir. Öz „xatirələrini“ də facebook səhifəsində paylaşıb. Ermənilər tərəfindən ələ alınan bu şərəfsiz Avropa Parlamentində separatçı rejimin tanıdılması üçün aktiv işlər görür. Bu üzdən „Alumniportal Aserbaidschan“ səhifəsi olaraq bu şəxsə məktub hazırlamışıq və ona qarşı bugündən etibarən güclü etiraz kampaniyasına başlamağa qərar vermişik. Lakin hər birinizin dəstəyinə ehtiyac var, çunki 3-4 nəfərin etirazı ilə nə isə əldə olunmayacaq. Sizlərin hər birindən xahiş edirik, hazırladiğımız məktubu ilk olaraq Martin Sonnebornun aşağıda göstərilən e-mail ünvanına, daha sonra Messengerdə məktub hissəsinə və ən nəhayət Facebookda Xocalı aeroportundan etdiyi video paylaşımın şərh hissəsində paylaşasınız, yaxud alman və ya ingilis dillərində istənilən şərh yazmaqla öz etirazınızı bildirəsiniz. Ən son addım kimi onun Facebook hesabını şikayət etmək lazımdı. Bu bizim hər birimizə aid olan milli məsələdi. O üzdən birlik numayiş etdirmək zamanıdır. Almaniyada yaşayanlar və siyasətdən az-çox anlayanlar Martin Sonnebornu yaxşı tanıyırlar. Kiçik bir partiya sədri olsa da, bir satirik kimi çox böyük nüfuza və tərəfdar kütləsinə malik olan birisidir. Ona hamılıqla etiraz etməsək və onun canına bir növ qorxu salmasaq, öz provokativ əməllərindən əl çəkəsi deyil. Adminlərdən xahiş edirik bu müraciəti tanıdıqları digər səhifə və qruplarda da paylaşsınlar. Güclü dəstəyə ehtiyac var. Hər birinizə öncədən təşəkkürlər!
P.S. Buna oxşar bir kampaniyanı biz bir necç ay bundan öncə „Bild“ qəzetinin bir jurnalistinə qarşı aparmışdıq. Həmin o jurnalist Mxitaryanın Arsenalın tərkibində Bakıya futbol oyununa gəlməməsinə etiraz olaraq Azərbaycana qarşı qərəzli bir məqalə yazmışdı. 3 gün ərzində ard-arası kəsilmədən aparılan yazişmalardan və etirazlardan sonra həmin jurnalist məqaləsində dəyişiklər etmeyə məcbur olmuş və bir daha belə yazılar yazmayacağına söz vermişdi. Bu üzdən aktiv olun xahiş edirəm. Öz gücümüzə və birliyimizə inanaq!!”

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq gənc diaspora xadimlərinə təşəkkür edir, onların təşəbbüsünü tam dəstəkləyir, onlarla birlikdə erməni təbliğatçısının ifşası prosesinə qoşulur və hər kəsi bu təşəbbüsə qoşulmağa çağırırıq. Aşağıda Martin Sonebornun facebook, internet koordinatlarını veririk. Oraya daxil olaraq, birincisi, onun saxta təbliğatına münasibət bildirmək, ikincisi, onun e-mail ünvanına etiraz məktubu göndərmək, üçüncüsü, facebook səhifəsini şikayət etmək gərəkdir. Bu işləri ingilis və ya alman dillərində görmək məsləhətdir.

Hazırladığımiz məktub bu linkdədir: http://www.alumniportal-aserbaidschan.de/…/offener-brief-…/…

Martin Sonneborn E-Mail: martin.sonneborn@europarl.europa.eu

Kontaktformular, https://martinsonneborn.de/kontakt/ (Bu formulu da doldurub bizim hazırladığımız məktubu yerləşdirə yaxud öz sözlərinizlə etirazınızı bildirə bilərsiniz)

Facebook səhifəsi, https://www.facebook.com/MartinSonnebornEU/?epa=SEARCH_BOX (video paylaşımı özünüz görəcəksiniz)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031